Yuxarı

Məhkəmədən Əli İnsanovun məhkumluğu ilə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun məhkumluğunun götürülməsi ilə bağlı müraciəti üzrə məhkəməsi keçirilib.

Axar.az Report-a istinadla xəbər verir ki, Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun müraciəti təmin edilərək məhkumluğunu üzərindən götürülüb.

Qeyd edək ki, Əli İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. Məhkəmə tərəfindən Əli İnsanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Azadlığa çıxmağına az qalmış Əli İnsanov barəsində narkotik vasitələrin dövriyyəsi, cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması maddəsi ilə yeni ittiham irəli sürülüb.

2016-cı ildə yeni ittihamlarla həbs müddəti 7 il 5 gün artırılıb.

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin mart ayında imzalanan əfv sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.

Tarix
2024.09.06 / 15:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

35 məntəqə seçki komissiyası buraxıldı

İrəvandan Bakıdakı tədbirlə bağlı növbəti açıqlama

MSK-nın iclası başladı: seçkilərə yekun vurulur

İrəvan bu “sərhədlərlə” sülhə can atır

Bakı göstərməlidir ki, o, buna can atır - Sejurne

Baş nazirdən daha bir qərar

Vardanyanın Azərbaycandakı qanunsuz biznesi - Video

Bakı sərhədi necə müəyyən edəcək? - İrəvanla razılaşmanın sirri

Paşinyan erməni xalqından üzr istədi - Səbəb

Kremlin Bakının işinə qarışması qəbuledilməzdir - İran

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla