Yuxarı

Sabahın havası: sulu qar yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 761 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 35-40% olacaq.

Azərbaycanın rayonlarında əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.

Tarix
2024.09.14 / 14:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının bizə cavabı belə oldu: Dedilər, əgər belədirsə… - Nikol

Paşinyan Azərbaycandan qaz idxalından danışdı

Baş nazirdən əmək müqavilələri ilə bağlı qərar

Orduda islahatlar aparırıq, silah alırıq, ancaq müharibə... - Nikol

Tahir Mirkişilinin sayəsində Bakı xilas oldu

Qərb it kimi Azərbaycana dartınır - Markov

Hacıyevdən Minsk qrupu ilə bağlı açıqlama

COP29-da Ermənistanın iştirakı ilə bağlı yekun qərar... - Paşinyan

Ermənistana münasibətdə yeni plan hazırlanır

COP29: Ermənistan qərar verməlidir - Hacıyev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla