Yuxarı

Dövlət Su Agentliyi Formula-1-lə bağlı məlumat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Su Agentliyi Formula-1-lə bağlı məlumat yaydı

Bakıda keçirilən 8-ci Formula-1 yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Axar.az-a bildirilib ki, yarışlardan öncə yaradılan komissiyanın müəyyənləşdirdiyi plana uyğun olaraq sukanal idarələrinin əməkdaşları trassa boyu yüksək səviyyədə nəzarət tədbirləri həyata keçirirlər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlunun verdiyi açıqlamaya görə, komissiya yarışlar ərəfəsində xüsusən 13-15 sentyabr tarixlərində daha mükəmməl fəaliyyətin təşkili məqsədilə xidmətin cavabdeh sahələrini müxtəlif təlim-məşq toplantılarına cəlb edib:

“Təcrübi təlimlər yarışların gerçəkləşəcəyi ərazilərə cavabdeh olan paytaxt rayonlarının sukanal sahələrində, Nəqliyyat və Xüsusi Texnika İdarəsində, müvafiq qrupların idarə olunmasına məsul şəxslər arasında keçirilib. Xidmətin rəhbər heyətinin iştirakı ilə keçirilən təlimlərdə verilən tapşırıqlar, icra olunan fəaliyyət hazırda daha yüksək səviyyədə tətbiq edilir. Trassa boyu ərazilərdə fasiləsiz iş rejimi ilə çalşan Səbail, Nəsimi, Yasamal, o cümlədən Bakı sukanal idarələrinin təmsilçiləri öhdələrinə düşən işi məsuliyyətlə və peşəkarcasına yerinə yetirirlər. Öncədən də əminliklə vurğulandığı kimi, təlim-məşq tədbirləri yarışların keçirildiyi ərazilərdə qüsursuz xidmətə təkan olub”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq strukturları Formula-1 yarışlarında 130 işçi heyəti ilə təmsil olunur. Onlar 16 dislokasiya nöqtələrində vəzifələrini icra edirlər.

Xətlərin, şəbəkələrin tənzimlənməsi, təzyiqlərin nəzarətdə saxlanılması, baş verən hər hansı qəza hadisəsinin anındaca aradan qaldırılması müvafiq şöbələr tərəfindən idarə olunur.

Tarix
2024.09.14 / 21:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla