Yuxarı

FHN sürücülərə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib.

Axar.az müraciətin mətnini təqdim edirik:

“Yay istirahət mövsümünün, xüsusilə məktəblilərin yay tətili günlərinin başa çatması ilə şəhərdaxili avtomobil yollarında sıxlıq müşahidə olunmaqdadır. Belə vəziyyətdə fövqəladə hadisə ünvanına tələsən xüsusi təyinatlı texnikaların, o cümlədən yanğınsöndürən və xilasetmə avtomobillərinin yollarda hərəkəti və hadisə yerinə vaxtında çatması üçün çətinliklər yaranır. Xüsusilə, bəzi sürücülərin hadisə yerinə tələsən yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməməsi son nəticədə baş vermiş yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına maneə törədir.

Xatırladırıq ki, belə davranışla həmin sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın, qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi məsuliyyət daşıyırlar.

Odur ki, hər bir avtonəqliyyat vasitəsi sürücüsü daşıdığı məsuliyyəti dərk edərək operativ nəqliyyat vasitələri olan yanğınsöndürən və xilasetmə avtomobillərinə dərhal yol verməlidir".

Tarix
2024.09.17 / 09:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvana axan qanunsuz milyardlar: Bakı nə etməlidir?

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

Bakı və Daşkənd arasında məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla