Yuxarı

Baş idarədən əməliyyat: saxlanılanlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini fasiləsiz davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Bakı şəhərində və Samux rayonunda keçirilən növbəti əməliyyatlar zamanı 1993-cü il təvəllüdlü Hüseyn Niyazov və əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Sevməz Sarıbalayev saxlanılıblar.

Onlardan ümumilikdə 24 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş heroin, marixuana, tiryək, psixotrop maddə olan metamfetamin və 1500 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

H.Niyazovlə və S.Sarıbalayevlə əlbir olan digər şəxslərin də saxlanılması sahəsində tədbirlər davam etdirilir.

Tarix
2024.09.17 / 18:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirləri Azərbaycanın hüququ idi

Zəngəzur intriqası: Şoyqunun İrana qəfil səfərinin səbəbi

İrəvana axan qanunsuz milyardlar: Bakı nə etməlidir?

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla