Yuxarı

Bakı metrosu yeraltı sulardan bu məqsədlə istifadə edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni” QSC yeraltı sulardan texniki su kimi istifadə etmək üçün yeni layihələr həyata keçirəcək.

Bu barədə Axar.az-a açıqlamasında QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, metroda yeraltı suların məkanı olduğu üçün burada gölməçələr çoxdur:

“Metropoliten tunellərində formalaşan qrunt sularının yerüstü sahəyə çıxarılaraq səmərəli istifadə olunması məqsədilə "Nizami" stansiyası yaxınlığında nümunəvi layihə həyata keçirilib. Görülən işlərin davamlı olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə də yeni eynitipli layihələr düşünülüb. Bundan sonrakı dövrdə də bu istiqamətdə fəaliyyət göstəriləcək”.

B Məmmədov qeyd edib ki, metroda toplanan yeraltı sulardan texniki su kimi ağacların sulanmasında, şəhərin yuyulma və təmizlənməsində istifadəsinin genişləndirilməsi çox mühüm layihədir və bu həm də suya qənaət edilməsinə də səbəb olur:

“Bakı metrosunun özündə sudan qənaətlə istifadə edilməsi məqsədilə də bir sıra layihələr həyata keçirilib. Bunlara istehsalat sahələrinin tələbatı nəzərə alınaraq suların optimal qaydada bütün sahələrə çatdırılması, bununla bağlı bütün sistemin yenidən qurulması, yeraltı sulardan səmərəli şəkildə texniki su kimi istifadə edərək vaqonların yuyulması, ağacların suvarılması və başqa bir sıra layihələr daxildir”.

QSC rəsmisi diqqətə çatdırıb ki, metropolitendə Bakının eko-mühitinə təsir edən ən böyük layihələrdən biri kimi “Xocəsən” elektrik deposunun istifadəyə verilməsini söyləmək olar:

“Bu, təxminən, 24 hektarlıq ərazi, depo istifadəyə verilənə qədər tullantılar məkanı idi. Həmçinin burada gölməçələrin yaranması antisanitar mühitin, ekoloji tarazlığın əsaslı şəkildə pozulmasına səbəb olurdu. Bu gün həmin ərazi tullantılardan təmizlənib və depo inşa edilib. Artıq eko-mühitə neqativ təsir göstərən gölməçələr yoxdur və xüsusilə də ərazidə abadlaşdırma işlərinin aparılması, 2 000-ə yaxın ağacın əkilməsi, görülən yaşıllaşma tədbirləri Xocəsən qəsəbəsində ekoloji tarazlığın bərpa olunması istiqamətində ən böyük layihələrdən biridir”.

Tarix
2024.09.17 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirləri Azərbaycanın hüququ idi

Zəngəzur intriqası: Şoyqunun İrana qəfil səfərinin səbəbi

İrəvana axan qanunsuz milyardlar: Bakı nə etməlidir?

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla