Yuxarı

30 il sonra nəşi tapılan şəhidimiz dəfn edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra kimliyi müəyyən edilən şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanov dəfn olunub. Ailəsinin yaşadığı ünvanda - Gədəbəy rayonunun Qızılqaya kəndində şəhidlə vida mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimdə rayon rəhbərliyi, kənd sakinləri, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Bilal Qəhrəmanov Gədəbəy Şəhidlər xiyabanında dəfn olunub. Üçrəngli Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edilib, yaylım atəşi açılıb.

Bilal Qəhrəman oğlu Qəhrəmanov 1969-cu il iyunun 2-də Gədəbəy rayonunun Yenikənd, indiki Qızılqaya kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra sovet ordusu sıralarında hərbi xidmətə yollanıb. 1991-ci ildə könüllü olaraq Azərbaycan torpaqlarının müdafiəsində iştirak edib. O, Ağdam, Ağdərə və Ağcabədi istiqamətlərində gedən döyüşlərdə iştirak edərək, dəfələrlə fərqlənib.

Onun ilk döyüşü Fərrux dağı uğrunda olub və bu döyüşdə iki qəlpə yarası alıb. Həkimlər qəlpələrdən yalnız birini çıxara biliblər. Bilal döyüş yoldaşlarının çətin vəziyyətdə olduğunu eşidən kimi xəstəxanada müalicəsini yarımçıq qoyaraq, yenidən cəbhəyə qayıdıb. Bu dəfə ağır yaralanaraq üç gün təkbaşına döyüşüb, xeyli düşməni məhv edib. 1994-cü il yanvarın 4-də Ağdam rayonunun Qarakənd kəndinə “Çeyl yüksəkliyi” adlanan yerdə itkin düşüb. 24 yaşlı Bilal həmin döyüşdə düşmənin xeyli sayda texnikası və canlı qüvvəsini məhv edərək, döyüş yoldaşlarını xilas edib. Özü isə qəhrəmancasına həlak olub.

Onun qalıqları düz 30 il sonra Şuşa şəhərinin Dəhraz kəndi ərazisində aşkar edilib.

Qeyd edək ki, doğulub boya-başa çatdığı kənddəki orta məktəb indi Bilal Qəhrəmanovun adını daşıyır.

Tarix
2024.09.20 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

NK kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla