Yuxarı

Ermənilərdən bir gecədə 132 təxribat - Gərginlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərdən bir gecədə 132 təxribat - Gərginlik

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 132 dəfə pozub.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 132 dəfə atəş zərbəsi endirib.

Tarix
2016.04.14 / 10:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla