Yuxarı

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnnovasiya və sürət lideri "Bakcell" regionun ən böyük innovasiya sammiti olan “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır. Bu tərəfdaşlıq sayəsində "Bakcell" Azərbaycanda tətbiq etdiyi innovativ texnologiyaları və süni intellekt əsaslı həlləri təqdim edəcək.

"Bakcell"in baş icraçı direktoru Klaus Müller “INMerge” İnnovasiya Sammitində çıxış edəcək.

Sammitdə ölkənin və dünyanın aparıcı şirkətlərinin rəhbər və nümayəndələri, investorlar, yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri, təqdimatlar və müxtəlif seminarlar keçiriləcək.

Oktyabrın 10-11-i tarixlərində baş tutacaq “INMerge” İnnovasiya Sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Tarix
2024.10.07 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimli Konqresi dəstəklədi: Arqumentlərinə baxın…

MDB Xarici İşlər Nazirləri Şurasının iclası başladı

ABŞ Bakıdan nə istəyir və niyə təzyiq edir?

Bərxudarov vəzifədən azad olunmasından danışdı: “Vurulub”?

Ermənilərin 2020-də “əsir götürdüyü” məşhur generalımız...

Mirzoyan və Bayramov Moskvada görüşəcək?

MN və BQXK Bakıda mühüm tədbirə başladı

Əliyev tələb, Paşinyan icra edir: Sənəddə Xocalı soyqırımı da var

İranın məntiqsizliyi: İsrail 7 cəbhədə uğur qazanır

Bərxudarovun yerinə təyin edilən general kimdir?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla