Yuxarı

DİN toy karvanı iştirakçılarına müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolaqlarını tuturlar və yollarda süni sıxlıq yaradırlar.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müraciətində bildirilib.

"Müşahidələr göstərir ki, toy karvanlarında olan bəzi sürücülər yolun hərəkət zolaqlarını tamamilə tutmaqla yanaşı, manevretmə qaydalarını da pozmaqla küçə və prospektlərdə süni sıxlıq yaradırlar. Bununla onlar digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar.

Eyni zamanda, bəy-gəlin maşınını müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar. NİİM toy karvanlarında iştirak edən sürücülərdən bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etmələrini xahiş edir ki, yollarda sıxlığın yaranmasına səbəb olmasınlar", - deyə qurumun müraciətində vurğulanıb.

Tarix
2024.10.07 / 11:11
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimli Konqresi dəstəklədi: Arqumentlərinə baxın…

MDB Xarici İşlər Nazirləri Şurasının iclası başladı

ABŞ Bakıdan nə istəyir və niyə təzyiq edir?

Bərxudarov vəzifədən azad olunmasından danışdı: “Vurulub”?

Ermənilərin 2020-də “əsir götürdüyü” məşhur generalımız...

Mirzoyan və Bayramov Moskvada görüşəcək?

MN və BQXK Bakıda mühüm tədbirə başladı

Əliyev tələb, Paşinyan icra edir: Sənəddə Xocalı soyqırımı da var

İranın məntiqsizliyi: İsrail 7 cəbhədə uğur qazanır

Bərxudarovun yerinə təyin edilən general kimdir?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla