Yuxarı

Siçovulla gündəmə gələn dönərxanada pişik və həşərat...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda yerləşən dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, mediada yayılan videogörüntülər əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 132 ünvanında yerləşən, fiziki şəxs Zülfü Rəşid oğlu Vəliyevə məxsus "Zülfü Ustanın Dönəri" ictimai iaşə obyektində AQTA əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və bir sıra ciddi nöqsanlar aşkarlanıb.

Həmçinin, qida obyektində müxtəlif həşəratlar və ev heyvanı (pişik) müşahidə edilib.

Baxış zamanı obyektdə tullantılar üçün ağzı kip bağlanan və qoxu yaymayan qablardan istifadə edilmədiyi, emal sahəsində tavanın tamlığının pozulduğu, divarların gigiyenik materialla üzlənmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, müvafiq geyim forması və fərdi mühafizə vasitələri ilə təmin olunmadığı, qida məhsullarının və avadanlıqların yuyulması üçün yuma çanağının mövcud olmadığı, təmizlik inventarlarının və yuyucu maddələrin saxlanılması, eləcə də işçilər üçün ayrıca sahənin təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, kanalizasiya xətlərinin izolyasiya edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Müayinələrin aparılması məqsədilə istehlaka hazır qidalardan (toyuq dönəri, kartoflu pirojki) nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı, qanunvericiliyə uyğun olaraq, müəssisədə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Xatırladaq ki, oktyabrın 3-də həmin müəssisədə vətəndaşlar ticarət obyektinə daxil olan siçovulu pirojkini yeyərkən görüntüləyib sosial şəbəkədə paylaşmışdılar.

Tarix
2024.10.07 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

MN Bərxudarovla bağlı məlumat yaysa... - Cəfərov

Emin açıqladı: Durov Bakıya niyə gəlmişdi? - Video

ABŞ Bakıdan vaz keçməz, bu siyasi oyun isə... - Zülfüqarov

Rusiyada mühüm iclas: Bayramov çıxış etdi

Suriya və İraqdan 8 nəfər Bakıya repatriasiya edildi

İrana hücum: baş nazir öldürüləcək - Saatlar sonra...

Kərimli Konqresi dəstəklədi: Arqumentlərinə baxın…

MDB Xarici İşlər Nazirləri Şurasının iclası başladı

ABŞ Bakıdan nə istəyir və niyə təzyiq edir?

Bərxudarov vəzifədən azad olunmasından danışdı: “Vurulub”?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla