Yuxarı

Bu şirkətin yanacaq məntəqələrinin 50%-i bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“MSDIS Holding”ə məxsus “MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) daha bir qismi bağlanıb.

Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkətin fəaliyyətini dayandıran YDM-lərinin sayı 6-ya çatıb.

“MS Oil”in fəaliyyətini dayandıran YDM-ləri aşağıdakılardır:

- Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi;

- Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt yolunun 12-ci kilometrliyi;

- Koroğlu Rəhimov küçəsi 65;

- Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 8;

- Bakı şəhəri, Salyan şosesi 13 km;

- Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, Bakı-Şamaxı yolu.

Məlumata görə, şirkət qeyd olunan ünvanlarda yerləşən yanacaqdoldurma məntəqələrini SOCAR-a icarəyə verib. Artıq həmin ünvanların bəzilərində SOCAR brendli YDM-lər fəaliyyətə başlayıb, digərlərində isə hazırda təmir-dizayn-quraşdırma işləri aparılır.

Əvvəllər “MS Oil”in Bakı və regionlarda benzin, dizel və qaz yanacağının satışını həyata keçirən 12 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib. “MS Oil” fəaliyyətini hazırda aşağıdakı ünvanlar üzrə cəmi altı filialda davam etdirir:

- Xırdalan şəhəri;

- Sabunçu rayonu, Zabrat qəsəbəsi;

- Zirə qəsəbəsi, Zirə-Pirallahı yolunu qərb hissəsi;

- Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Quba avtomobil yolunun 22-ci kilometrliyi;

- İsmayıllı rayonu, Nizami Gəncəvi;

- Siyəzən rayonu, Bakı-Quba yolu.

“MSDIS Holding” MMC-nin qanuni təmsilçisi Mirfəyyaz Oqtay oğlu Nağıyevdir.

Tarix
2024.10.08 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

MDB Dövlət Başçıları Şurasının iclası: Əliyev iştirak edir

Odessada həbs edilən gəmidəki azərbaycanlılar ölkəyə gətirildi

Turan xəritəsi yaradılır - Rusiya təşvişə düşdü

Əliyevlə Putinin görüşü oldu - Foto

Putin Paşinyanı bu tədbirə çağırdı: Gözləyirəm...

Rusiya: Sanksiyaları ləğv edin, müharibəni dayandıraq - Təcili

Parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçildi

Bakı bu ərazini “işğal edəcəkdi”, biz qoymadıq - Tehran

Bu layihələr daimi nəzarət tələb edir - Prezident

Putinin Bakıya dövlət səfərindən sonra... - Əliyev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla