Yuxarı

Talıbovun şirkətinin 10 milyon vergi borcu var - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Talıbovun şirkətinin 10 milyon vergi borcu var - Foto

Naxçıvanda tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan Cahan Tobacco International MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranıb.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, qanuni təmsilçisi Amil Cabbar oğlu Hüseynzadə olan MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 10 milyon 561 min 321 manat 79 qəpik vergi borcu var.

Qeyd edək ki, "Cahan Tobacco International" şirkətinin fəaliyyət istiqaməti tütün məhsullarının istehsalıdır. Hazırda fabrikdə "Cahan", "Visore", "Nova" və "Fine" markalı filtrli siqaretlər istehsal olunur. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malaysiya, Hindistan, İndoneziya və digər ölkələrdən alınır.

Cahan Tobacco International MMC "Cahan Holdinq"ə daxildir. Uzun illər mediada bu holdinqin Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu barədə məlumatlar dərc edilib.

Tarix
2024.10.17 / 12:58
Müəllif
Axar.az
Digər xəbərlər

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla