Yuxarı

Ölkədə unun yeni qiyməti bəlli oldu - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə unun yeni qiyməti bəlli oldu - Siyahı

Azərbaycanda oktyabrın 28-dən etibarən unun topdansatış qiyməti məlum olub.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda ölkədə 50 kq-lıq ən ucuz un növü ("Dəvəçi-Taxıl") 25.30 manata satılır.

Məlumata görə, ən bahalı un növü isə "Azeri-Arapoğlu U.S. və T.LTD" BM-dir. Bu növ unun 50 kq-lıq satış qiyməti 27.50 manatdır.

- "Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 25.50 manat;

- "SKY AGRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 25.95 manat;

- "Bakı Taxıl Terminalı" MMC, "Qarabağ un" MMC və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.10 manat;

- "Dəniz un sənayesi LTD", "Sünbül 20 12", "Avrora" "Hazartürk LTD" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.20 manat;

- "Karmen" MMC, "Orxan UN" MMC, "Taxıl AQRO" MMC, "Xırman" MMC, "PAK-NUR" FİRMASI, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.25 manat;

- "Anadoluqida" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.30 manat;

- "AVETA" və "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.35 manat;

- "ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.50 manat;

- "Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.55 manat;

- "NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.90 manat;

- "Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.70 manatdır.

Tarix
2024.10.30 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla