Yuxarı

Ayxan Hacızadə: Ermənistan Xəzəri çirkləndirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın transsərhəd çaylara zərərli maddələr axıtması Xəzərin çirklənməsinə səbəb olur.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Ermənistan münaqişə dövründə Azərbaycanla transsərhəd çaylarını genişmiqyaslı şəkildə çirkləndirib:

"Ermənistanın çirkləndirdiyi çaylara Oxçuçayı misal göstərmək olar. Onlar tullantıları, zərərli maddələri bu sulara axıtmaqdadır. Bu istiqamətdə Azərbaycan tərəfindən arbitraj prosesi başlanılıb və Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər həyata keçirilməkdədir”.

A.Hacızadə bildirib ki, Azərbaycan və Ermənistandan olan mütəxəssislərin iştirakı ilə transsərhəd çaylarla bağlı əməkdaşlıq barədə məlumat yoxdur:

“Şübhəsiz ki, son 30 il ərzində beynəlxalq təşkilatlar, o cümlədən ATƏT bu məsələ ilə bağlı müəyyən səy göstərib. Ancaq Azərbaycanın əsas iddiası ondan ibarətdir ki, bu çaylar çirklənməməlidir. Çünki bu çaylardan axan sular sonda Xəzər dənizinə tökülür və onun, xüsusilə ərazi sularının çirklənməsinə səbəb olur".

Tarix
2024.11.13 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Efiopiya prezidenti ilə görüşdü - Foto

Prezident Məhəmməd Əl-Casir ilə görüşdü

İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşdü

Prezident Ramçandra Paudel ilə görüşdü

Qrossi Bakıdan İrana getdi

İlham Əliyev Maldiv prezidenti ilə görüşdü

Prezident Qordana Silyanovska-Davkova ilə görüşdü

İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşdü

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək

Qafqaz ölkələri hər il buna görə 100 milyon itirir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla