Yuxarı

“Səbail” Şahin Diniyevə təzminat ödəyəcək? – Rəsmi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Səbail” Şahin Diniyevə təzminat ödəyəcək? – Rəsmi

“Səbail” klubu bir neçə gün öncə baş məşqçi postundan istefa verən Şahin Diniyevə təzminat ödəməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Report-a klubun icraçı direktoru Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, heç bir təzminatdan söhbət gedə bilməz:

“Ona təzminat ödəyəcəyimizlə bağlı məlumat həqiqətə uyğun deyil. Şahin Diniyev könüllü istefa verib və klub qarşısında maliyyə məsələləri ilə bağlı hər hansı iddia qaldırmayıb. Yalnız son ayda işlədiyi müddətin əmək haqqını alacaq”.

Qeyd edək ki, cari mövsümün sonuna qədər müqaviləsi olan 58 yaşlı mütəxəssis Misli Premyer Liqasının XII turunun “Səbail” - “Kəpəz” matçından (0:1) sonra istefa verib. Komanda hazırda 8 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.

Tarix
2024.11.14 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla