Yuxarı

İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşdü

13:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Braziliya Federativ Respublikasının vitse-prezidenti Jeraldu Alkmin ilə görüşüb.

Axar.az xəbər verir ki, Jeraldu Alkmin Braziliya Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı, Luiz İnasio Lula da Silvanın səhhəti ilə əlaqədar COP29-da iştirak edə bilmədiyini qeyd etdi.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Braziliya Prezidentinə çatdırmağı xahiş etdi, Luiz İnasio Lula da Silvanın tezliklə sağalmasını arzuladı. Prezident İlham Əliyev Braziliya dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət etdi.

Bakının gözəlliyinin onlarda xoş təəssürat hissi yaratdığını deyən qonaq COP29-un yüksək səviyyədə təşkil edilməsi və uğurlu təşkilatçılıq münasibətilə təbriklərini çatdırdı.

Jeraldu Alkmin Azərbaycanın və Braziliyanın “Troyka” çərçivəsində COP və iqlim dəyişmələri ilə bağlı əməkdaşlığına toxundu. O, ölkəmizlə ikitərəfli münasibətlərin, həmçinin iqtisadi-ticari, kənd təsərrüfatı, sərmayələr sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verdiklərini dedi.

Söhbət zamanı iqtisadi-ticari məsələlər üzrə işçi qrupun yaradılması, sərmayələr, birgə istehsal müəssisələri, turizm, birbaşa hava əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparıldı.

Tarix
2024.11.14 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla