Yuxarı

Şirvanda su təchizatı və kanalizasiya şəbəkəsi yenilənir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirvanda su təchizatı və kanalizasiya şəbəkəsi yenilənir - Video

Şirvan şəhərində su təchizatı və kanalizasiya şəbəkəsi yenilənir.

Axar.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynovun sözlərinə görə, şəhərdə su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri davam edir.

O bildirib ki, ərazilərdə sayğaclaşdırma prosesi aparılır və köhnə xətlər yeniləri ilə əvəz olunur. Su itkisi təxminən 50% azaldılaraq hazırda 27-30% təşkil edir.

Onun sözlərinə görə, məqsəd su itkilərini minimuma endirməkdir: “İl ərzində su xətlərində 1 627, kanalizasiya xətlərində isə 1 472 qəza baş verib və onların qarşısı operativ şəkildə alınıb. Şəhərdə baş verən bütün qəzalar dərhal aradan qaldırılır”.

F. Hüseynov qeyd edib ki, layihə çərçivəsində əsasən “Köhnə şəhər” yaşayış massivinin Şıxbalaoğlu, 1 May, İsmət Qayıbov, Səməd bəy Mehmandarov, Nizami Gəncəvi, Həzi Aslanov, Seyid Əzim Şirvani, Şirin Şükürov və digər küçələrində ümumilikdə 14 160 paqonometr müxtəlif diametrli yeni su xətləri çəkilib: “Eyni zamanda, Heydər Əliyev prospekti boyunca ictimai-iaşə obyektlərinin qarşısında və digər küçələrdə 224 paqonometr 150 mm-lik, 1 997 paqonometr 200 mm-lik, 2 294 paqonometr 300 mm-lik yeni kanalizasiya xətləri çəkilib, 316 kanalizasiya baxış quyusu inşa olunub. Bundan əlavə, 1 122 ədəd mexaniki su sayğacı quraşdırılıb. Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 9 205 kvadratmetri bərpa edilib. Su təchizatı və kanalizasiya şəbəkələri yenilənmiş ərazilərdə əhaliyə göstərilən xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb”.

Tarix
2024.12.10 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla