Yuxarı

Magistratura bitirənlərin xidmətdən azad edilməsi təklifi…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Magistratura bitirənlərin xidmətdən azad edilməsi təklifi…

Mövcud qanunvericilikdə dinc dövrdə çağırışdan azad edilənlərin kateqoriyası müəyyənləşdirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.

O bildirib ki, mövcud qanunda ehtiyata və istefaya buraxılma öz əksini tapmamışdı:

“Artıq layihədə bu anlayışlar meydana çıxıb. Həm dinc, həm müharibə dövründə ehtiyatda qalanlar qalacaq. Amma ağır cinayət törədənlər birbaşa istefaya keçiriləcək. Magistratura və rezidentura bitirənlərin hərbi xidmətdən müəyyən məbləğ qarşılığında azad edilməsi bir çox dövlətdə tətbiq edilir. Bu layihə hazırlanarkən bu təklif olunmuşdu. 2016-cı ildən etibarən bakalavriatla yanaşı magistratura təhsili alanlara da möhlət verilməyə başlandı. Bundan sonra magistratura təhsilinə cəlb olunanların sayı kəskin artıb. 2020-ci ildən 2024-cü ilə qədər bu yana təhsilə görə möhlət verilənlərin sayında 44% artım müşahidə edilir”.

Tarix
2024.12.13 / 15:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

Dublində Əliyevlə Paşinyanın görüşü gözlənilir

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla