Bağçalara işə “düzəldən” şəxs saxlanıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə uşaq bağçalarında işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitləri ələ keçirən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşlara qarşı kütləvi dələduzluq əməllərində şübhəli bilinən daha bir nəfər - 1995-ci il təvəllüdlü Mirnicat Əmirov saxlanılıb.

Müəyyən edilib ki, M.Əmirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib. O, həmin pulları nağdlaşdırıldıqdan sonra zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb.

Şübhəli şəxsən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən bir daha vətəndaşlara tövsiyə edilir ki, elan saytlarında yerləşdirilən məlumatlara münasibətdə diqqətli olsunlar, onlayn ödənişlər etməsinlər.

Tarix
2024.12.23 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail Azərbaycana yeni səfir təyin etdi

AB-dən Bakı və İrəvana: Dəstək verməyə hazırıq!

Azərbaycanlı qardaşlarım indicə mənə dedilər ki... - Vuçiç

Bu komitələr nazirliyə birləşdirilir? – Yeni supernazirlik

Ermənistan sərhədimizdə "hücum mövqeyi" inşa etdi - Video

ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi yandı

3 prioritetim var: Sülh prosesi, Real Ermənistan…

Paşinyan “güzəştini” elan etdi – Bakı razı olmayacaq

İran ordusu tam döyüş hazırlığına gətirildi – Heydəri hədələdi

Azərbaycanda iki yeni milli park yaradılır

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla