Yuxarı

Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 19-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək.

DİM-dən Axar.az-a bildirilib ki, imtahan Bakı şəhərində Mərkəzin elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 6-sı saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

İştirakçılar verilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub, imtahana yazıla bilərlər.

Xatırladaq ki, imtahan iştirakçıları sınaq imtahanından dərhal sonra DİM-in ekspertləri ilə görüşüb nəticələri ilə bağlı məsləhət də ala biləcəklər. Bundan əlavə, sınaq imtahanında iştirak etmiş şəxslərə magistraturaya qəbul imtahanları, ixtisas seçimi və digər məsələlər barəsində məlumat veriləcək. Həmçinin DİM-in məsul işçiləri tərəfindən bakalavrları maraqlandıran suallar cavablandırılacaq.

Tarix
2024.12.29 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan

İsa Həbibbəyliyə çətir tutan şəxs ələ salınmalıdır?

Azərbaycan niyə Trampın Sülh Şurasına qoşuldu? - 4 səbəb

Tramp işğala hazırlaşır - Putin yardım edəcək?

İlham Əliyev İsrail prezidenti ilə görüşdü - Foto

SOCAR Türkiyədə bu hava limanını qazla təmin edəcək

İlham Əliyevdən Trampa: Dəvəti qəbul edirəm...

Tramp İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla