Yuxarı

Beyləqandakı 90 minlik tualetə açıqlama gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Azərbaycandakı səfirliyi Beyləqanda sanitar qovşağın istifadəyə verilməsi ilə bağlı KİV-də və sosial şəbəkələrdə aparılan müzakirələrə münasibət bildirib.

Səfirlikdən Report-un sorğusuna cavab olaraq bildirilib ki, Yaponiya səfirliyi uşaqların təhsil mühitinin yaxşılaşdırılmasını vacib hesab edərək, bunların arasında məktəbdaxili sanitar təchizatının yaxşılaşdırmaq məqsədi ilə sağlamlıq, səhiyyə cəhətdən təkmilləşdirmə də daxil olmaqla şagirdlərin təhsilə həvəsi artıracaq psixoloji və təhsil nöqteyi-nəzərindən yaxşı təsir edəcəyini düşünərək, bu növ layihələri UNİCEF-lə əməkdaşlıq edərək həyata keçirir:

"Bu məsələ ilə bağlı, təkcə sanitar qovşağı üçün nəzərdə tutulan avadanlıq deyil, su və kanalizasiya sisteminin qurulması və s. işlər eyni zamanda həyata keçirilir və bir neçə şirkətdən smeta təkliflərini almaqla həmin ərazi üçün materilların satın-alınması aparılır. Bundan əlavə, həmin ərazidən işçi qüvvəsi istifadə edilir və bunun iş yerlərinin təşkil olunmasına da töhfə verdiyini düşünürük. Eləcə də, indiyə qədər 5 eyni tipli layihə həyata keçirmişik və bütün layihələrin büdcəsi eynidir. Layihələrin həyata keçirilməsi müddəti təxminən 8 aydır. Yaponiya səfirliyi olaraq bununla bağlı müzakirələrin olduğunu qəbul edir və konstruktiv muzakirələri ürəkdən alqışlayırıq. Bundan sonra da müxtəlif düşüncələrə əsalanaraq Azərbaycan sosial sahə mühitinin yaxşılaşdırılmasına istiqamətlənib, şəffaflığı qoruyaraq, Azərbaycanı dəstəkləməyi davam etdirmək niyyətindəyik".

Tarix
2016.05.07 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla