Yuxarı

Müəllimlərin minimum maaşı nə qədər olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ildə Azərbaycanda təhsil sahəsində bir sıra yeniliklər gözlənilir.

Axar.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında gözləntilər arasında ən vacibinin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması olduğunu bildirib.

"Yaxın günlərdə müəllimlərin əmək haqqının artırılması istiqamətində addımlar atılmalıdır. Hazırda ölkədə orta aylıq müəllim maaşı 500-600 manat təşkil edir. Bu rəqəm müasir iqtisadi reallıqlara uyğunlaşdırılmalı və 2025-ci ildə minimum 800 manata çatdırılmalıdır", - o deyib.

Ekspet vurğulayıb ki, digər gözlənti müəlimlərin sertifikasiya imtahanları ilə bağlıdır:

“Bilirsiz ki, 2022-ci ildən başlayan bu proses ökədə orta məktəblərin inkişafına xüsusilə töhfə verir. 2025-ci ildə bir sıra digər fənlər üzrə də sertifikasiya imtahanları olacaq”.

Azərbaycanın ali təhsil müəssisələrinin bu ilin iyul ayında yeni reytinqinin açıqlanması da yeni gözləntilər sırasındadır. Ekspert qeyd etdi ki, indiyə qədər açıqlanan ümumi reytinqlər deyil, sadəcə müxtəlif sahələr üzrə hesablamalar idi.

Bu il qəbul plan yerlərində də artım olacaq. Xüsusilə Qarabağ Universitetində qəbul yerlərinin artması gözlənilir. Həmçinin Kamran Əsədov bildirir ki, bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə qəbul plan yeri ən azı 60 mindən yuxarı olacaq.

"Bu, təhsilin əlçatanlığına kifayət qədər müsbət təsir göstərəcək", - ekspert vurğulayıb.

Tarix
2025.01.04 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Bakını seçəcək, İrəvanın seçimi… - “Stratfor”

Mehriban Əliyeva xristian icmasını belə təbrik etdi

Şahın nəvələri Bakıya bayraq sancıb, qalır Təbriz…

Davkovadan Əliyevə: Buna görə təəssüflənirəm...

Rəsmi Bakıdan Makronun ittihamlarına kəskin cavab

5 il öncə paltar reklamı ilə məşğul idi, indi cərrahdır

Almaniya prezidenti İlham Əliyevə başsağlığı verdi

Moskva və Tehran bunun əvəzini Bakıdan çıxır – Şərh

Macarıstanın prezidenti İlham Əliyevə başsağlığı verdi

YAP ödənişsiz təşviqat hüququndan imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla