Yuxarı

Prokuror Afiyəddin Məmmədova 10 il cəza istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afiyəddin Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub və çıxışlar mərhələsinə keçilib.

Dövlət ittihamçısı çıxış edərək Afiyəddin Məmmədovun 10 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses 14 yanvar tarixinə təyin edilib.

Qeyd edək ki, İşçi Masasının sədri Afiyəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.

Tarix
2025.01.07 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

İki maddə üzrə təkliflər verdik, Azərbaycan razılaşsa...

Makronu Əliyevə “depeşa” göndərməyə nə vadar edib?

Biz Azərbaycanla bu cür davranacağıq - Paşinyan

Qətər əmiri və müavini İlham Əliyevə başsağlığı verdi

İran bu saxtakarlığı o qədər səliqəsiz etmişdi ki...

Rəsmi Bakı girov götürülən gəmi ilə bağlı nota verdi

Biz Fransanın işlərinə qarışacaq qədər güclənmişiksə...

İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəldi

Demarkasiya komissiyalarının görüşü olacaq

Karasev Bakıya dil uzatdı – Markovdan sərt reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla