Yuxarı

Makron mənə 6-7 dəfə zəng etdi ki... - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron mənə 6-7 dəfə zəng etdi ki... - Prezident

Bir çoxları və zənnimcə, hakim zümrənin rəhbərləri 2020-ci ildə bizim Qələbəmizi özlərinin məğlubiyyəti kimi qəbul etdilər. Hərçənd belə düşünmək üçün heç bir əsas yox idi. Amma nədənsə, siz də dediyiniz kimi, bunu məhz belə şəxsi planda qəbul edirdilər.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Mən bunu həm də fransız nümayəndələri ilə öz ünsiyyət təcrübəm əsasında deyirəm. Halbuki mən həmişə onlara izah etməyə çalışırdım ki, bunun sizinlə heç bir əlaqəsi yoxdur. Biz prinsip etibarilə sizə qarşı deyilik və heç bir şey etməmişik. Siz bizim üzərimizə gəldiniz. 44 günlük müharibə zamanı xatırlamıram ki, neçə dəfə - altı və ya yeddi dəfə azadlıq mübarizəmizi dayandırmaq cəhdləri ilə bağlı Fransa prezidentindən mənə zənglər daxil olurdu. Sonra təhdid cəhdləri, “Dağlıq Qarabağ”ı tanımaqla bağlı təhdidlər. Münasibətlərimizin artıq ən aşağı səviyyəyə düşdüyü indiki məqamda bu barədə deyə bilərəm, amma mən cavab verdim ki, 2020-ci ilin noyabrından sonra qondarma “Dağlıq Qarabağ”ı tanıyan istənilən ölkə bizdən diplomatik münasibətlərin kəsilməsinə dair nota alacaq. Mənim cavabım məhz bundan ibarət idi. Qondarma “Dağlıq Qarabağ”ın tanınması mövzusu dərhal gündəlikdən çıxdı. Onlar, necə deyərlər, başqa yolla getdilər, Senat, parlament üzərindən tanıdılar, sonra uzun müddət özlərinə bəraət qazandırdılar ki, hakimiyyətin bununla heç bir əlaqəsi yoxdur. Ümumilikdə, necə deyərlər, köhnə tarixçədir. Ona görə də ikinci - şəxsi amil ola bilər, hərçənd mənim siyasətdə heç vaxt rəğbət və ya qeyri-rəğbətim olmayıb. Mən düşündüklərimi həmişə özümdə saxlamışam və heç vaxt mənfi münasibətimi ona layiq olanlara göstərmək istəməmişəm. Zənnimcə, burada daha bir amil fransız rəhbərliyinin siyasi cəhətdən səriştəsiz olmasıdır. Mənə cənab Makrona qədər Fransanın üç prezidenti ilə işləmək və ünsiyyətdə olmaq nəsib olub və ölkələrimiz arasında münasibətlər həmişə çox uğurla inkişaf edib. Əgər Avropa İttifaqına üzv ölkələri götürsək, yəqin ki, həmin dövrdə - indiki hakimiyyətə qədər onlar ən fəal münasibətlər olub, həm siyasi, həm qarşılıqlı səfərlər, həm iqtisadi, həm də mədəni sahələrdə. Bizim Fransanın 13 şəhəri ilə qardaşlaşmış münasibətlərimiz olub. Çoxlu sayda mədəni tədbir keçirmişik”, - Prezident bildirib.

Tarix
2025.01.08 / 11:59
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın Əliyevə xüsusi simpatiyası var - Brayza

Avropadan Zəngəzur dəhlizinə dəstək: Müddət 25% azalacaq!

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla