Yuxarı

"El Menço" öldürüldü, iğtişaşlar başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"El Menço" öldürüldü, iğtişaşlar başladı

2026.02.22. 23:35

Meksikanın ən böyük narkokartellərindən biri olan "Halisko Yeni Nəsil"in lideri "El Menço" ləqəbli Nemesio Osegera Servantes silahlı qüvvələrin keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə "Milenio" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Bazar günü Talpa de Allyende (Xalisko ştatı) bələdiyyəsində ordunun keçirdiyi əməliyyat zamanı cinayətkar qruplaşmanın lideri öldürülüb. Təhlükəsizlik qüvvələrinin ölkənin altı regionunda, o cümlədən Xalisko, Miçoakan, Kolima, Tamaulipas, Quanaxuato və Aquaskalientes ştatlarında keçirdiyi əməliyyatlara cavab olaraq kartel üzvləri magistral yolları bağlamağa başlayıblar.

Servantes "El Çapo" ləqəbli Xoakin Qusmanın həbsindən sonra ölkənin ən güclü narkobaronu sayılırdı", - mənbə bildirib.

***

"El Menço" ləqəbli liderinin məhv edilməsindən sonra Meksikada iğtişaşlar başlayıb.

Liderlərinin ölüm xəbərindən dərhal sonra silahlılar müharibə elan ediblər və mülki şəxsləri öldürəcəklərinə söz veriblər. Kartel üzvləri Milli Qvardiyanın bazasına hücum ediblər, ölkənin səkkiz ştatında talanlar başlayıb, Qvadalaxarada küçə döyüşləri gedir, silahlılar yük maşınlarını yandırır və yolları bağlayırlar.

Qeyd edək ki, "El Menço" ən çox axtarılan narkobaronlardan biri hesab olunurdu.

Tarix
2026.02.23 / 01:19
Müəllif
Axar.az
Digər xəbərlər

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla