Yuxarı

Güclü qar: 500-ə yaxın sərnişin gecəni təyyarədə keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güclü qar: 500-ə yaxın sərnişin gecəni təyyarədə keçirdi

Münhen hava limanında güclü qar səbəbindən 500-ə yaxın sərnişin gecəni təyyarələrdə keçirmək məcburiyyətində qalıb.

Axar.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Bildirilib ki, cümə axşamına planlaşdırılan reyslər cümə gününə keçən gecə güclü qar yağışı səbəbindən ləğv edilib. Bu zaman bütün sərnişinlər artıq göyərtədə olub, təyyarələr isə uçuşa hazır vəziyyətdə gözləyirmiş. Hava limanının məlumatına görə, səyahətçilər avtobus çatışmazlığı və boş parkinq yerlərinin olmaması səbəbindən terminala qayıda bilməyiblər. Bu səbəbdən sərnişinlər və ekipaj üzvləri təyyarələri tərk edə bilməyib və gecəni uçuş-enmə zolağında, hava gəmilərinin göyərtəsində keçirməli olublar.

"Lufthansa"nın Sinqapur, Kopenhagen və Qdanska olan üç reysi ilə yanaşı, "Air Dolomiti" aviaşirkətinin Qrats və Venesiyaya uçan iki reysinin sərnişinləri də analoji halla üzləşiblər. Sərnişinlərin daşınması üçün avtobuslar fəaliyyətini yalnız səhər tezdən bərpa edib. Aviaşirkət nümayəndəsi sərnişinlərin terminala daşınması üçün niyə avtobus tapılmadığını izah edə bilməyib və deyib ki, avtobus xidmətinin təşkilinə görə hava limanı məsuliyyət daşıyır.

Tarix
2026.02.23 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla