Yuxarı

Canavarlar kəndlərə hücum edir: sakinlər qorxuda - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Canavarlar kəndlərə hücum edir: sakinlər qorxuda - Video

Lənkəran və Masallı rayonlarının bir neçə kəndində canavarların hücumları sakinlər arasında ciddi narahatlıq yaradıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, son günlər vəhşi heyvanlar əsasən Lənkəran rayonunun Zövlə, Masallı rayonunun Mollon və Mahmudavar kəndlərində təsərrüfatlara hücum ediblər.

Canavarlar mal-qaraya və atlara hücum edərək bəzi heyvanları parçalayıblar.

Kənd sakinlərinin sözlərinə görə, vəziyyət artıq qorxulu həddə çatıb. Valideynlər övladlarını məktəbə tək göndərməyə çəkinir, axşam saatlarında isə kənddə hərəkət demək olar ki, məhdudlaşıb. Sakinlər məcbur qalaraq əllərinə balta, yaba və digər alətlər götürüb növbə ilə kənd ətrafında keşik çəkməyə başlayıblar.

Hadisələr nəticəsində vətəndaşlara xeyli maddi ziyan dəyib. Zərərçəkənlər aidiyyəti qurumlara müraciət edərək canavarların yaşayış məntəqələrindən uzaqlaşdırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edirlər.

Tarix
2026.02.22 / 22:51
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla