Yuxarı

İranın Rusiya ilə gizli sazişi: 500 milyon avro...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Rusiya ilə gizli sazişi: 500 milyon avro...

İran Rusiyayla müasir daşınan zenit-raket komplekslərinin alınması üzrə 500 milyon avro (589 milyon dollar) məbləğində gizli saziş imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" (FT) qəzeti məlumat yayıb.

Məlumata görə, dekabrda Moskvada imzalanmış sənəd ilə Rusiya üç il ərzində İran tərəfinə 500 ədəd "Verba" daşınan buraxılış qurğusu və 2 500 ədəd "9M336" raketi tədarük etməyi öhdəsinə götürüb. Tədarüklərin 2027-ci ildən 2029-cu ilə qədər üç mərhələdə həyata keçirilməsi planlaşdırılır.

FT qeyd edib ki, saziş Rusiyanın dövlət tədarükçüsü "Rosoboroneksport" ilə İran Silahlı Qüvvələrinin Müdafiə Nazirliyi və Maddi-Texniki Təminat İdarəsinin nümayəndəsi arasında bağlanıb.

Müqavilədən məlum olur ki, Tehran bu sistemləri rəsmi şəkildə ötən ilin iyulunda tələb edib.

Qəzet xatırladıb ki, ötən ilin iyununda ABŞ qoşunları İranın üç əsas nüvə obyektinə zərbələr endirmişdi.

Tarix
2026.02.22 / 23:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla