Yuxarı

Makronu Əliyevə “depeşa” göndərməyə nə vadar edib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Fransanın Azərbaycana verbal diplomatik depeşa göndərməsi haqda dedikləri Bakı-Paris xəttində baş verənləri, həm də Makron hakimiyyətinin düşdüyü vəziyyəti anlamağa imkan verir.

Əliyevin müsahibəsindən bir gün öncə Makron səfirlərlə görüşdə Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham etdi, paralel olaraq, Ermənistana müsbət mesajlar göndərdi. Bu, Fransanın Afrikadakı məğlubiyyəti “kənar qüvvələrə” bağlamaq və Cənubi Qafqazda İrəvanı dayaq kimi qəbul etmək mövqeyinin Makronun dilindən təkrarlanması idi. Lakin Əliyevin açıqladığı detallar fonunda sual yaranır:

- Bakı ilə münasibətlərin qurulması üçün şifahi siqnallar göndərən Makron niyə Azərbaycanı açıq mətnlə ittiham edir?

Bu sualın cavabı Əliyevin açıqlamasında var. Prezident bildirdi ki, Fransanın təmasların qurulmasına dair müraciətlərinə “Biz hazırıq” cavabını veririk, lakin...

“Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür”.

Görünür, Makron münasibətlərin qurulması üçün Əliyevə minnətçi düşsə də, müzakirələrin Bakıda aparılması şərtini həzm edə bilmir, çünki bu, Fransanın Azərbaycan qarşısında geri addım atdığının əyani nümayişi olacaq. Fransa prezidentinin son çıxışında Azərbaycanı yenidən ittiham etməsində bu amilin də rolu var.

Makronun Əliyedən xahişi şifahi şəkildə etməsi də zəifliyini gizlətmək məqsədi daşıyır. Hərçənd, Fransanın Azərbaycana ciddi şəkildə ehtiyacı yaranıb, diplomatik depeşa da bunu isbatladı.

Birincisi, Paris Afrikada mövqelərinin zəifləməsi prosesini Bakı ilə münasibətlərin yoluna qoyulması ilə tormozlamaq istəyir: “Qara Qitə”nin azadlıq mübarizəsində Azərbaycan platforma rolunu oynasa da, baş verənlər geosiyasi hesablaşmanın tərkib hissəsidir və burada Fransaya qarşı olan maraqlı oyunçuların iştirakı var; Geosiyasi hesablaşmada itirən tərəfə çevrilən Paris hadisələrin inkişafına Bakı üzərindən təsir etmək imkanlarını yoxlayır;

İkincisi, 44 günlük müharibə və sonrasında ermənipərəst mövqeyinə görə Azərbaycan tərəfindən regional proseslərdən uzaqlaşdırılan Fransa Gürcüstanda da itirən tərəfə çevrildi və Paris anlayır ki, təkcə zəif halqa olan Ermənistana ümid etməklə bölgədə iştirakçılıq payını saxlaya bilməyəcək: Bakı ilə təmasların qurulmasına cəhdin səbəblərindən biri də budur.

Tarix
2025.01.08 / 13:18
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir

Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir?

Əliyevin mesajının şifrələri: 2025 üçün Zəngəzur...

Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... – Video

Əhmədiandan Əliyevə: Ərazinizi azad etdiniz, çox sevindik!

Maqdalena Qrono Bakıdan İrəvana gedir

Ermənistanın bu hüquqdan danışması absurddur - Bakı

Bakı ilə AB arasında əməkdaşlıq müzakirəsi... - XİN

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı-Kazan marşrutu üzrə bütün uçuşlar dayandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla