Yuxarı

Dörd ölkədən İrana çağırış: Məsuliyyəti üstünə götür!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dörd ölkədən İrana çağırış: Məsuliyyəti üstünə götür!

İsveç, Böyük Britaniya, Kanada və Ukrayna İranı 2020-ci ildə Ukrayna Hava Yollarına məxsus Boinq-737-800 təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenqard deyib.

“Biz istəyirik ki, İran vurulmuş təyyarə ilə bağlı bütün hüquqi məsuliyyəti üzərinə götürsün”, - deyə o bildirib.

2023-cü ilin iyul ayında Böyük Britaniya, Kanada, İsveç və Ukrayna İrana qarşı 2020-ci ildə Ukraynanın Boinq-737 sərnişin təyyarəsinin vurulması ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldırıb.

Ukrayna Hava Yollarının təyyarəsi 8 yanvar 2020-ci ildə Tehran hava limanından havaya qalxdıqdan sonra qəzaya uğrayıb. İran tərəfinin versiyasına görə, qəzanın səbəbkarı hava hücumundan müdafiə sisteminin operatorudur, çünki təyyarə düşmən hədəfi kimi tanınıb.

Qeyd edək ki, Tehran-Kiyev reysini icra edən Boinq-737-800 МАУ sərnişin təyyarəsinin vurulması nəticəsində göyərtədəki 176 nəfər ölüb.

Tarix
2025.01.09 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla