Yuxarı

Bakı ilə AB arasında əməkdaşlıq müzakirəsi... - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə AB arasında əməkdaşlıq müzakirəsi... - XİN

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdelina Qrononun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, xüsusi nümayəndə Maqdelina Qrono görüşün əvvəlində Azərbaycan Hava Yollarına məxsus təyyarənin faciəli şəkildə qəzaya uğraması ilə bağlı başsağlığını ifadə edərək, AB-nin qəza baş verdikdən dərhal sonra yardım göstərməyə hazır olduğunu Azərbaycan tərəfinə çatdırdığını qeyd edib.

Görüşdə Azərbaycan və AB arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regional təhlükəsizlik məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Görüş zamanı iqtisadiyyat-ticarət, enerji, nəqliyyat və kommunikasiyalar sahələrində Azərbaycan-AB əməkdaşlığının vacibliyi qeyd olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rola toxunularaq, gələcəkdə Azərbaycandan yaşıl enerji resurslarının Avropaya ixracını nəzərdə tutan layihələrin reallaşması ilə bu rolun daha da artacağına dair ümidvarlıq ifadə olunub.

2024-cü ilin noyabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi etməsi fonunda ətraf mühitin qorunması, ekoloji təhdidlərə qarşı mübarizə və yaşıl keçid kimi ölçülərin Azərbaycan-AB əməkdaşlıq gündəliyinin zənginləşdirilməsi işinə mümkün töhfəsindən danışılıb.

E.Məmmədov görüş zamanı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bölgədəki son vəziyyət, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi layihəsi üzərində aparılan danışıqların hazırkı mərhələsi, ikitərəfli formatda indiyədək əldə olunmuş tərəqqi, keçmiş məcburi köçkünlərin əzəli torpaqlarına qayıdışı, bu prosesə ciddi əngəl törədən mina təhdidi barədə tərəf müqabilinə ətraflı məlumat verib.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsində itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsi, habelə regional bağlantıların bərpası istiqamətində Avropa İttifaqının mümkün dəstəyindən bəhs olunub.

AB-nin Ermənistandakı missiyasının fəaliyyətinin və Avropa Sülh Fondunun maliyyə yardımı hesabına Ermənistanın silahlanlandırılmasının sülhə xidmət etmədiyi, əksinə, bu kimi fəaliyyətlərin Azərbaycana qarşı revanşist meylləri gücləndirdiyi vurğulanıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.01.08 / 21:17
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla