Yuxarı

Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... – Video

Yutuber Albert İsakov Ermənistanın hazırkı müdafiə naziri Suren Papikyanla bağlı olduqca maraqlı faktlar təqdim edib.

Axar.az xəbər verir ki, o, Papikyanın təxminən 10 ili əhatə edən şəbəkə hesabındakı paylaşımları ilə onun düşüncələrini və yanaşmalarını ortaya qoyub.

Məsələn, 2014-cü ildəki paylaşımında Papikyan Bakını ələ keçirəcəkləri barədə olan məqaləni paylaşıb.

Məqalədə isə ovaxtkı müdafiə naziri Vazgen Sərkisyanın hərbi hissəyə getməsindən bəhs edilir. Guya o, mülki paltarda olur və maşını da özü sürür.

Hərbi hissəyə daxil olduqdan sonra əsgərlərlə söhbət edir. Nazir erməni əsgərlərin kəmərindəki “HB” (Haykakan banak – Ermənistan ordusu) abreviaturasının mənasını bir əsgərdən soruşur. Əsgər deyir: bu, “Hasnenq Baku” – “Bakını alacağıq/Bakıya çatacağıq” deməkdir. Nazir isə əsgəri qucaqlayaraq, hərbi hissə komandiri Seyran Saroyana təriflər yağdırır ki, cəsarətli əsgərlərin var.

Papikyan da 28 yanvar 2014-cü ildə məhz bu “məqaləni” “Alacağıq” sözləri ilə paylaşıb.

1 dekabr 2019-cu ildə isə Papikyan əlində nar olan fotosunu bu sözlərlə paylaşıb: “Ağdam mənim vətənimdir!” (Suren Papikyan 26 aprel 1986-cı ildə Cəlaloğluda (ermənilər onun adını Stepanavana dəyişib) anadan olub).

Papikyan hazırda bu postların hər ikisini səhifəsindən silib.

Ancaq 1 sentyabr 2014-cü ildə Papikyan qonşulara ərazi iddiasını əks etdirən paylaşımını hələ də saxlayır. Bu paylaşımda ortada Ermənistanın bayrağı, dörd tərəfində isə üzərində “qərbi Ermənistan” (Türkiyə ərazisi), “Cavax” (Gürcüstan ərazisi, Cavaxetiya), “Artsax” və “Naxçıvan” yazılmış əski parçaları əks olunub.

Tarix
2025.01.08 / 22:26
Müəllif
Axar.az
Digər xəbərlər

Elgiz və Tolikin verilişi bağlandı - İddia

Xameneinin ölüm xəbəri: İranın məqsədi nədir?

Kremlin Bakıya təsir imkanı artıq yoxdur - Avaqyan

Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla