Yuxarı

İki türk baş nazir Paşinyana bu hədiyyələri verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki türk baş nazir Paşinyana bu hədiyyələri verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan 13 dekabrda Moskvada keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etdikdən sonra dəyərli hədiyyələr alıb.

Axar.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Məlumata görə Paşinyan rusiyalı həmkarı Mixail Mişustindən “Qış nağılı” adlı altı nəfərlik çay servisi hədiyyə alıb. Servisin dəyəri 650 min dramdır (1,6 min dollar). Servis İmperator Çini Zavodunun tanınmış rəssamı Aleksey Vorobyovskinin (1906-1992) üslubunda təsvir olunmuşdur. Müəllifin əsərləri Ermitajda, Rusiya Muzeyində və Moskva yaxınlığındakı Kuskovo Keramika Muzeyində saxlanılır.

Özbəkistanın Baş naziri Abdulla Aripov Paşinyana dəyəri 628 min dram (1,5 min dollar) olan “İçan-Qala” adlı mis üzərində oyma işi hədiyyə edib.

Qırğızıstan hökumət başçısı Akılbek Caparov erməni həmkarına Ağrı Dağı ətəyində yerləşən Xor-Virap monastırının təsviri olan tablo hədiyyə edib. Tablo 80 min dram (200 dollar) dəyərindədir.

Paşinyanın Aİİ ölkələrinin hökumət başçılarına nə hədiyyə etdiyi barədə məlumat verilmir.

Tarix
2025.01.08 / 13:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla