Yuxarı

Pensiyalar gələn ay yenidən artırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiyalar gələn ay yenidən artırılacaq

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, minimum pensiya məbləği gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Bu artımlar məhz fevral ayında pensiyaçılara ödəniləcək.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycanda bundan əlavə gələn ay pensiyaların yenidən artırılması nəzərdə tutulub.

Bu dəfə artım pensiyaların indeksləşdirilməsi ilə baş tutacaq. İndeksləşdirmə pensiyaların məbləğini istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə inflyasiyadan qorunmaq vasitəsidir. Bu vasitə ilə ölkədə istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində gəlirlərdə yaranan itkilər tam və ya qismən kompensasiya edilir. Yəni, qiymətlər artdığı üçün pensiyaların da buna uyğun artması həyata keçirilir.

İndeksləşdirmə Azərbaycanda orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq aparılır. Orta aylıq nominal əmək haqqı isə Dövlət Statistika Komitəsi tərəfindən açıqlanır.

İndeksləşdirmə Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilir. Qeyd edək ki, ötən il dövlət başçısı pensiyaların indeksləşməsi barədə sərəncamı fevral ayının 5-də imzalayıb.

2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı təxminən 8 faiz artıb. Dəqiq göstəricilər isə gələn ayın əvvəllərində elan ediləcək.

Beləliklə, pensiyalar həm prezidentin dekabr ayında imzaladığı sərəncam əsasında, həm də gələn ay indeksləşdirmə nəticəsində artacaq.

Pensiya artımları yanvarın 1-dən hesablanacaq, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yanvar ayının artımları da fevralda ödəniləcək.

Tarix
2025.01.11 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi

İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır

Liderlər İlham Əliyevi təbrik edir

Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır

Bayramov missiyası başa çatan Andreyevanı qəbul etdi

FHN “Açıq qapı günü” tədbiri keçirdi - Video

Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...

Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi

Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video

Bakıda mühüm iclas başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla