Ana səhifə Toplum |
2025-ci ildə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinə dövlət büdcəsində 27 milyon manat ayrılması nəzərdə tutulub.
Axar.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini, "İnsan kapitalı və təhsil üzrə" İşçi qrupunun rəhbəri Kənan Kərimzadə "Azərbaycan müəllimi" qəzetinə deyib.
O qeyd edib ki, cari tədris ili ölkəmizin ali təhsil sistemində bir sıra yeni universitetlərin fəaliyyətə başlaması ilə əlamətdar olub:
"2024-25-ci tədris ilində Qarabağ Universiteti fəaliyyətə başlayıb. Bu tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1 104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Cari ildə universitetin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsində 17 milyon manat vəsait nəzərdə tutulub. Qarabağ Universitetində infrastruktur quruculuğu işləri də yüksək sürətlə davam etdirilir.
Ölkə Prezidentinin müvafiq Fərmanı ilə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu" təsdiq edilib. 2024-25-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da hazırda kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 83 tələbə təhsil alır. 2025-ci ildə universitetin fəaliyyətinin təmin edilməsi və tələbə qəbulunun artırılması məqsədilə dövlət büdcəsində 10 milyon manat vəsait nəzərdə tutulub".
Tarix
2025.01.13 / 15:03
|
Müəllif
Axar.az
|