Yuxarı

Sevgilisini maşınla bərabər dərəyə yuvarladı - Detallar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qısqanclıq zəminində sevgilisini avtomobillə bərabər dərəyə aşıraraq qətlə yetirməkdə təqsirləndirilən Mustafa Nəcəfovun cinayət işinin detalları məlum olub.

Axar.az lent.az-a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfov 3 aya yaxın müddətdə sevgi münasibətində olduğu 1982-ci il təvəllüdlü Günay Əkbərovanın son zamanlar ailə sürücüsü olmuş Ceyhun Əhmədovla yaxın münasibətlərindən şübhələnib.

O, bu məqsədlə Günay Ələkbərova ilə evlərinin yaxınlığında görüşərək avtomobildə mübahisə edib. Mustafa Nəcəfov qısqanclıq zəminində onu döyərək sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirib.

M.Nəcəfov sevgilisindən tələb edib ki, o, Ceyhun Əhmədovla olan münasibətlərinə son qoymalı və bacısına zəng edərək Ceyhunun onu narahat etdiyini deməlidir. Lakin Günay onun bu tələbini yerinə yetirməkdən imtina edib.

Mustafa ötən ilin iyulun 3-də saat 14 radələrində yenidən Günaya məxsus ağ rəngli "Cherry Arrizo 7" markalı avtomobildə söhbət edərək, aralarında olan münasibətləri aydınlaşdırmaq istəyib.

Mustafa söhbət əsnasında baş vermiş mübahisənin gedişində yaranmış münaqişə zamanı onun Ceyhun Əhmədovla yaxın münasibətinin davam etdirdiyini yəqin etdikdən sonra qisas almaqla Günayı öldürmək qərarına gəlib. Bu məqsədlə G.Əkbərovaya məxus həmin avtomobili Lökbatan qəsəbəsi istiqamətində sürərkən əmisi oğlu Səbuhi Nəcəfova səsli və adi mesajlar ataraq Günayı öldürəcəyini bildirib.

S.Nəcəfov isə Mustafaya zəng edərək səbrli olmasını və olduğu yerdə onu gözləməsini tələb edib. Bu zaman G.Əkbərova da Mustafadan onu bağışlamasını, uşağına görə günahından keçməsini və öldürməməsini yalvarışlarla xahiş edib.

Lakin bütün bunlara əhəmiyyət verməyən Mustafa əksinə, avtomobilin qapılarını markaz-kilid vasitəsi ilə bloklamaqla Günayı köməksiz vəziyyətdə saxlayıb. Daha sonra avtomobili ümumi təhlükəli üsulla qəflətən yüksək sürətlə yoldan çıxaraq 200 metr hündürlükdə olan dərədən aşağı sürüb.

Avtomobilin bir neçə dəfə yuvarlanması nəticəsində köməksiz vəziyyətdə qalan Günay Ələkbərovanı öldürüb.

Mustafa Nəcəfova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.

Tarix
2025.01.14 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanlı əsirin məcburi imzaladığı sənəd yayıldı

Müharibə olmasaydı, əraziləri qaytarmayacaqdıq - Mkrtçyan

ABŞ Ermənistana sərhəd mühafizə qrupu göndərir – Təcili

Bakının iki əsas tələbinə İrəvan razılıq verdi - Abramyan

Elin Süleymanov britaniyalı nazirlə görüşdü

Akkreditasiyadan keçən müşahidəçilərin sayı...

İrəvanla Bakı bu 2 məsələni həll etməlidir: Ya hə, ya yox!

İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı

Rusiya helikopteri Azərbaycanda, AZAL təyyarəsi Aktauda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla