Yuxarı

Üçtərəfli görüşün vaxtı açıqlandı: Bakı, Moskva və Tehran...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsində üçtərəfli görüş yanvarın 28-də baş tutacaq.

Axar.az xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Farzan Sadiqlə Rusiyanın nəqliyyat naziri Roman Starovoit arasında videoformatda baş tutan danışıq zamanı bildirilib.

Görüşün yeri və hansı səviyyədə keçiriləcəyi barədə məlumat verilməyib.

Söhbət zamanı nazirlər 2025-ci il üçün "yol xəritəsi" və Xəzər dənizinin şərq hissəsindən istifadə üzrə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, Rəşt-Astara dəmir yolunun tikintisi üzrə texniki-icra işləri də müzakirə olunub.

Xatırladaq ki, 2023-cü il mayın 17-də Rusiya və İran Rəşt-Astara dəmir yolu hissəsinin birgə tikintisinə dair saziş imzalayıblar. Bu marşrut Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirməyə və Azərbaycandan keçən Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artırmağa imkan verəcək.

Tarix
2025.01.14 / 21:26
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanlı əsirin məcburi imzaladığı sənəd yayıldı

Müharibə olmasaydı, əraziləri qaytarmayacaqdıq - Mkrtçyan

ABŞ Ermənistana sərhəd mühafizə qrupu göndərir – Təcili

Bakının iki əsas tələbinə İrəvan razılıq verdi - Abramyan

Elin Süleymanov britaniyalı nazirlə görüşdü

Akkreditasiyadan keçən müşahidəçilərin sayı...

İrəvanla Bakı bu 2 məsələni həll etməlidir: Ya hə, ya yox!

İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı

Rusiya helikopteri Azərbaycanda, AZAL təyyarəsi Aktauda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla