Yuxarı

Külli miqdarda borcu olan şirkətin rəhbəri və adı dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Külli miqdarda borcu olan şirkətin rəhbəri və adı dəyişdi

Aşqar istehsalı ilə məşğul olan Sumqayıt Aşqarlar ASC-nin rəhbəri dəyişib.

Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bir müddət əvvəl şirkətin baş direktoru vəzifəsinə Səxavət Ədalət oğlu Hüseynli təyin edilib. O, bu vəzifədə Rasim Dadaşevi əvəzləyib.

Bugünlərdə ASC adını da dəyişdiyini açıqlayıb. Belə ki, şirkət adını dəyişərək Sumqayıt Aşqarlar Oil Refinery ASC-yə çevrildiyini elan edib.

Qeyd edək ki, Sumqayıtda aşqar istehsal edən qurğu 1960-cı ildə ilk məhsulunu verib, 1966-cı ildə həmin qurğu əsasında müstəqil Sumqayıt Aşqarlar Zavodu yaradılıb. Zavodun hüquqi varisi olan Sumqayıt-Aşqarlar ASC isə 2003-cü ildə təsis edilib. Onun nizamnamə kapitalı 596 004 manatdır. Qanuni təmsilçisi Səxavət Hüseynlidir.

Xatırladaq ki, şirkətin ötən illərdən yığılmış külli miqdarda vergi borcu hələ də ödənməmiş qalıb. Bugünə olan məlumata görə, "Sumqayıt Aşqarlar"ın ödənməmiş vergi borcunun miqdarı 319 714,99 manat təşkil edir.

Tarix
2025.01.27 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən WUF13 ilə bağlı - Videoçarx

Bu gün Ukrayna üçün tarixi gündür - Kuleba

Azərbaycanla imzalanan sənədlər bizim üçün mühümdür

“Vindzor Kral Atçılıq Şousu - 2026” uğurla başa çatdı

Bakı-Tiflis-Qars dəmir yolu ilə bağlı bu qərar təsdiqləndi

Azərbaycanın təcrübəsindən faydalanacağıq - Nazir

Szinpin WUF13-ün işinə uğurlar arzuladı

İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Video

Kobaxidze Azərbaycana təşəkkür etdi

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla