Yuxarı

Azərbaycanın təcrübəsindən faydalanacağıq - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın təcrübəsindən faydalanacağıq - Nazir

COP29-un Azərbaycanda keçirilməsi olduqca uğurlu və əlamətdar hadisə idi. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, COP29-un prezidenti Muxtar Babayevin fəaliyyəti və görülən işlər yüksək qiymətləndirildi.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirakı zamanı deyib.

“Biz də Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın təcrübəsindən faydalanacağıq. Bakıda qəbul edilən qərarlar və müəyyənləşdirilən yol xəritələri COP31 çərçivəsində diqqət mərkəzində olacaq. Dünyada müşahidə olunan mənfi tendensiyalara “dayan” deyə biləcək güclü və nəticəyönümlü COP31 keçirmək istəyirik.

İqlim dəyişikliyi ilə mübarizə və daha təmiz dünya naminə birgə fəaliyyət aparacağıq. Artıq yalnız qərarların qəbul olunması deyil, onların real icrasını görmək istəyirik. COP31-in qəbul edilən qərarların həyata keçirildiyi, konkret nəticələrin əldə olunduğu sammit olmasını arzulayırıq”, - o bildirib.

Qeyd edək ki, COP31 bu il Türkiyədə keçiriləcək.

Tarix
2026.05.18 / 18:41
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla