Yuxarı

Bu yanacaq məntəqəsində benzinə su qatılır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yanacaq məntəqəsində benzinə su qatılır?

SOCAR Petroleum QSC-yə məxsus yanacaqdoldurma məntəqəsində (YDM) avtomobilə benzin əvəzinə suyun vurulması ilə bağlı vətəndaşın iddiası təsdiqini tapmayıb.

Axar.az xəbər verir ki, bu barədə Report-a SOCAR Petroleum QSC-nin İctimaiyyətlə əlaqələr şöbə rəisi Afaq Rza bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı dərhal araşdırma aparılıb: “Vətəndaşın iddiası əsasında QSC-yə məxsus bütün yanacaqdoldurma stansiyalarında müvafiq yoxlamalar keçirilib. Nəticədə hər hansı texniki nasazlıq qeydə alınmayıb. Araşdırmalar göstərib ki, səsləndirilən iddia tamamilə əsassızdır”.

A.Rza əlavə edib ki, bu günə qədər “SOCAR Petroleum”a bununla bağlı heç bir rəsmi şikayət daxil olmayıb:

“Videomaterialda yanacağın konkret hansı ünvanda yerləşən YDM-dən alındığı barədə dəqiq məlumatın olmaması da diqqətçəkən məqamdır. Bütün bunları nəzərə alaraq, sürücüləri və ictimaiyyəti sosial şəbəkələrdə SOCAR Petroleum QSC-nin işgüzar nüfuzuna və qazandığı müsbət imicə xələl gətirmək məqsədi daşıyan əsassız məlumatlara inanmamağa çağırırıq”.

O, həmçinin qeyd edib ki, bu cür yanıltıcı məlumatların yayılması davam edərsə, “SOCAR Petroleum” mövcud qanunvericiliyə uyğun olaraq hüquqi addımlar atacaq.

Tarix
2025.02.06 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla