Yuxarı

Kolleclərdə bu ixtisasın ləğvi... - Nazir aydınlıq gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və təhsil naziri Emin Əmrullayev kolleclərdə bəzi müəllimlik ixtisasının zamanla ləğvi məsələsinə aydınlıq gətirib.

Axar.az Report-a istinadla xəbər verir ki, nazir bu gün keçirdiyi brifinqdə çıxışı zamanı bildirib ki, həm kollec, həm bakalavr, həm də magistr səviyyəsində müəllim hazırlığı var.

Onun sözlərinə görə, misal olaraq, tar çalan biri musiqi məktəbində təhsil alır, ardınca kollec, ali təhsil və magistr oxuyur, amma nəzərə alaq ki, sonda onsuz da tar çalır.

"Vaxtı ilə savadsızlıq baxımından iki illik müəllim hazırlığına ehtiyac olub və kollec təhsili ilə kifayətləniblər. Amma bu gün bizim başqa müəllimə ehtiyacımız var. Bu, mütləq dəyişməlidir. Uzun müddətdir, təhsil sahəsində dəyişiklik edilmir. Nəzərə almaq lazımdır ki, bir çox peşə və ixtisaslar sıradan çıxır", - nazir əlavə edib.

Nazir bildirib ki, kolleclərdə təhsil almaq universitetlərin sayının az olduğu dönəmlər üçün daha aktual idi, hazırda bəzi ixtisasların kolleclərdə olması vacib deyil:

"Artıq kolleclərdə ibtidai sinif üzrə müəllim hazırlığı məhdudlaşdırılıb. Gələcək dönəm üçün məktəbəqədər təhsil üzrə də müəllim hazırlığı məhdudlaşdırılacaq. Amma həmin kolleclər boş qalmayacaq. Ola bilsin, gələcəkdə bu sahədə yeni ixtisaslar yaradılsın. Məsələn, müəllim köməkçisi kimi ixtisaslar həmin kolleclərdə tədris oluna bilər".

Tarix
2025.02.06 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - Foto

Müəmma: Bəs, Badamov 10 gün öncə Dağıstana necə gedib?

İsrailə uçuşlar dayandırıldı: AZAL da siyahıda…

Badamovla Rusiyaya gedənlər Heydər Əliyev parkında - Foto

Məhkəmədə Laçının işğalı ilə bağlı video nümayiş etdirildi

Azərbaycan və Belarus arasında sənədlər imzalandı

Əli Əsədovla Aleksandr Turçin arasında görüş keçirildi

Sərkisyan mənim taboruma gəlmişdi... - İşxanyan

Mərakeş şahzadəsi Şəhidlər xiyabanını ziyarət etdi

Əsədovla Turçin sabah Qarabağa gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla