Yuxarı

“Azərlotereya” “Bakı Marafonu-2025”də

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərlotereya” ASC bu il də ənənəsinə sadiq qalaraq “Bakı Marafonu–2025”ə tərəfdaş qismində qatılaraq ölkədə sağlam həyat tərzinin təbliğinə yönəlmiş bu nüfuzlu layihəyə dəstəyini davam etdirib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçmişdi. Artıq 8-ci dəfə baş tutmuş marafon ölkədə idmanın inkişafına, sağlam yaşam tərzinin təşviqinə xidmət edir.

Marafonun əyləncə zonasında qurulan “Azərlotereya” stendi ziyarətçilərin marağına səbəb olub. Burada iştirakçılar üçün müxtəlif dinamik oyunlar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib.

Marafonun start və finiş nöqtəsi ötən illərdə olduğu kimi bu dəfə də Dövlət Bayrağı Meydanı olub. İştirakçılar 21 kilometrlik məsafəni qət ediblər.

Yarış Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrin vətəndaşlarının fəal iştirakı ilə yadda qalıb.

Ölkənin rəsmi lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan “Azərlotereya” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ölkə əhəmiyyətli tədbirlərə dəstəyini hər zaman davam etdirəcək.

Tarix
2025.05.05 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Bayramov Fidanla da danışdı: İsrail-İran gərginliyi...

İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov

Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi

Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə hazır idik!

Ermənistanda bu sözə qıcıqlanırlar: Zarafatla deyirəm ki…

Rusiya Azərbaycana təşəkkür etdi

Bu gecə İsrailə bu ölkə də qoşulacaq: İranı nə gözləyir?

İsrailin İran əməliyyatının adı nə məna daşıyır? - İlahiyyatçı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla