Yuxarı

Somali prezidenti Azərbaycanda PUA-lara baxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Somali prezidenti Azərbaycanda PUA-lara baxdı

Azərbaycanda səfərdə olan Somali Prezidenti Həsən Şeyx Mahmud və müdafiə naziri Abdulqadir Məhəmməd Nur fevralın 13-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə Azərbaycan Ordusunun komando hərbi hissələrinin birində olublar.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə hərbi hissədə fəxri qarovul dəstəsinin müşayiəti ilə qarşılanma mərasimi keçirilib.

Sonra hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi yeni simulyasiya vasitəsinə baxışdan sonra hərbi qulluqçuların idman hazırlığı izlənilib.

Qonaqlar tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 25 metr uzunluğunda iki atış zolağı, həmçinin atışın nəticələrinin monitorda əks olunduğu qapalı atış şəhərciyinə gələrək burada yaradılan şəraitlə tanış olublar.

Hərbi qulluqçuların məişət şəraiti ilə maraqlanan nümayəndə heyəti əsgər yataqxanasına, silah otağına, əşya anbarına, ideoloji iş və digər inzibati otaqlara, həmçinin yeməkxanaya baxıblar.

Qonaqlar tam təchizatlı komandoların sıra hazırlığına baxdıqdan sonra onların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətlərini izləyiblər.

Müdafiə Sənayesi Nazirliyinin, həmçinin "RTX" və "Improtex" şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş aparatı (PUA), silah, avtomobil və xüsusi texnika, eləcə də digər döyüş vasitələrindən ibarət sərgini izləyən qonaqlara onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Daha sonra Somali nümayəndə heyətinə Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib.

Tarix
2025.02.13 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla