Yuxarı

Azərbaycan icmasının üzvü ABŞ-da sertifikatlarla təltif olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan icmasının üzvü ABŞ-da sertifikatlarla təltif olundu

Nyu Yorkda fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova ABŞ-də icmalararası fəaliyyətdə, könüllülük, eyni zamanda sosial mədəni proqramlardə aktiv iştiraka görə təltif olunub.

Axar.az xəbər verir ki, Nyu York Ştatının senatorları – Stephen T.Chan (Stefan T. Çan), Jessica Scarcella-Spanton (Cesika Skarsella-Spanton), Nyu York Şəhər Şurasının üzvü Justin Brannan (Castin Brenon), Nyu York Ştat Assambleyasının üzvü Alec Brook-Krasny (Alek Bruk-Krasnı) soydaşımıza sertifikatlar, Nyu York Şəhər Şurasının üzvü Susan Zhuang (Syuzan Şuan) isə mükafat təqdim edib.

Alyona Bədəlovanın rəhbərlik etdiyi “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzi Nyu Yorkda azərbaycanlı uşaq və gənclərin hərtərəfli inkişafında mühüm addımlar atır, milli mədəni irsimizin ABŞ-də təbliğində fəal iştirak edir. Mərkəzdə Azərbaycan milli rəqsləri, rəsm, heykəltəraşlıq üzrə kurslar təşkil olunur.

Qeyd edək ki, “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb.

Tarix
2025.02.17 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya nizamı yoxdur, qaydasız nizamsızlıq var - Pol Qobl

Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan

Azərbaycanın bu qədər ərazisi nəzarətimizdədir - Simonyan

Rusiya bundan Azərbaycana təzyiq üçün istifadə edir

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla