Yuxarı

Maliyyə pisləşdi: "Bank of Baku"da səhmdarlar toplanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 14-də "Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə maliyyə qurumunun bildirişi dərc olunub. Lakin iclasın gündəliyi ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, apeldə ölkədə fəaliyyət göstərən bir sıra bankların səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu iclaslarda əsasən 2024-cü ilin yekunlarına aid maliyyə hesabatlarının təsdiqlənməsi planlaşdırılır.

"Bank of Baku"ya gəlincə, 2024-cü ilin son rübünün maliyyə hesabatlarına görə, bankın mənfəti ötən ilin sonuna ilin əvvəli ilə müqayisədə azalıb. Maliyyə qurumunun cəlb etdiyi kreditlərə görə faiz ödənişləri artıb.

Bankın 760 milyon 424 min manatlıq kredit portfelində təminatsız kreditlərin payı 661 milyon 928 min manata çatıb. 1 ildən artıq vaxtı keçən kreditlər 5 milyon 113 min manat təşkil edib.

Bankın maliyyə göstəriciləri 2023-cü ildən pisləşib. Audit hesabatına əsasən, maliyyə qurumunun xalis faiz zərəri 1,185 milyon manatdan 7,744 milyon manata çatıb. Hesabat ilində bankın xalis mənfəəti 40,087 milyon manatdan 30,124 milyon manata düşüb. Beləliklə, bankın mənfəəti 10 milyon manata yaxın azalıb.

2024-cü ilin əvvəlində olan məlumata görə, "Bank of Baku" ASC-nin səhmdarları "Nab Holding" Anonim Şirkəti (35%), Hikmət Əbuzər oğlu İsmayılov (31%), "Azpetrol Neft Şirkəti" MMC (28,89%) və Elçin Həmid oğlu İsayevdir (5%).

Tarix
2025.02.27 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Kiyevdə Azərbaycan səfirliyinin yaxınlığını bombaladı

Azərbaycan bayrağı Ermənistanda trend oldu - Foto

Əliyev Rusiyadan rəsmi etiraf tələb etdi - Xarici KİV

Forumun Xankəndidə keçirilməsi... – Vəliyev

Türklər Zəngəzuru bu cür ələ keçirəcək: Batum kimi...

Ukraynalı jurnalist Əliyevə görün nə hədiyyə etdi - Video

Azərbaycanın MDB-nin iclasında iştirak etməməsi...

Əbu-Dabidəki görüş konstruktiv oldu - Hacıyev

Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

Bu məqaləni yerləşdirdik, heç kəs ayırd edə bilmədi ki... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla