Yuxarı

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

Rusiya-Ukrayna müharibəsinə Azərbaycan vətəndaşlarının cəlb olunması artıq gizli deyil. Müharibədə bu günə qədər onlarla Azərbaycan vətəndaşının həlak olması barədə məlumatlar var. Soydaşlarımızın hərbi əməliyyatlara cəlb olunmasında müxtəlif qeyri-rəsmi kanallar və sosial şəbəkələr vasitəsilə yayılan elanlar, əlaqələndiric şəxslər mühüm rol oynayır.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, xüsusilə VK.com və Teleqram platformalarında Rusiya Müdafiə Nazirliyinin adından istifadə edilərək cəlbedici şərtlərlə hərbi xidmət təklifləri yerləşdirilir.

Yayılan elanlarda Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər MDB ölkələrinin vətəndaşlarına müqavilə əsasında xidmət təklif olunur. Şərtlər isə kifayət qədər "səxavətli" görünür.

Belə ki, müqavilə bağlanan an muzdlu döyüşçüyə dərhal 1 500 000 rubl (təxminən 28 000 AZN) birdəfəlik ödəniş verilir, aylıq 210 min rubla (təxminən 4 000 AZN) qədər məvacib kəsilir. Bundan başqa, cəmi 6 aylıq xidmətdən sonra Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsi vəd edilir.

Təklif olunan vəzifələr arasında hücum qrupları, dron operatorları, minaaxtaranlar və sürücülər (C, D, E kateqoriyalı) yer alır. Lakin bu vədlərin arxasında dayanan reallıq daha acınacaqlıdır. Son statistikalar göstərir ki, bu yolla cəbhəyə gedən azərbaycanlılar ən qaynar nöqtələrə göndərilir və onların arasında ölüm halları olduqca yüksəkdir.

Məsələnin ən ciddi tərəfi isə hüquqi məsuliyyətdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, vətəndaşlarımızın xarici ölkələrin hərbi birləşmələrində, münaqişə zonalarında muzdlu və ya könüllü qismində iştirakı ağır cinayət hesab olunur. Bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

Ekspertlər vətəndaşları bu cür "maddi vədlərə" aldanmamağa, həm həyatlarını, həm də hüquqi gələcəklərini riskə atmamağa çağırırlar. Sosial şəbəkələrdə rast gəlinən bu növ elanlar əslində bir çox hallarda geri dönüşü olmayan "ölüm biletidir".

Tarix
2026.01.18 / 00:51
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla