Yuxarı

ABB-nin bir qrup müştərisi ilə görüş keçirildi!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABB-nin məhsul və xidmətlərindən istifadə təcrübələrini mütəmadi şəkildə Bankla bölüşən bir qrup müştəri ilə görüş keçirilib.

Bankın Agile ofisində təşkil edilmiş görüşdə müştərilər ABB-nin ayrı-ayrı sahələrinin fəaliyyəti ilə yaxından tanış olublar. Onlara Bankın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Bəzi yeni məhsullar təqdim olunub.

Müştərilər məhsul və xidmətlərlə bağlı faydalı rəylərini diqqətə çatdıraraq gələcək təkmilləşmə prosesləri üçün müəyyən təşəbbüslər irəli sürüblər. Onların suallarına aydınlıq gətirilib.

Qeyd edək ki, məhsul və xidmətlərin hazırlanması, inkişaf etdirilməsi proseslərinin real müştəri təcrübələrinə əsaslanması, bu proseslərə müştərilərin də fəal şəkildə cəlb edilməsi Agile iş tərzinin əsas prinsiplərindəndir.

Bunu nəzərə alaraq ABB müştərilərlə kommunikasiyaları daim inkişaf etdirir, müştərilərin gözləntilərini doğrultmaq üçün həyata keçirilən layihələrdə onların faydalı rəylərini nəzərə alır.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2025.03.04 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev gələn ay Pakistana gedəcək

Şahbaz Şərifdən Azərbaycanla bağlı tapşırıq

İrəvan bəyan etdi: Hərbi toqquşma riski var...

Meksika üçün Azərbaycan böyük imkanlar ölkəsidir - Səfir

Rusiya AZAL təyyarəsinə görə sığorta ödənişi etdi

Ermənistan hazırdır, Azərbaycan niyə rədd edir? - Paşinyan

Naxçıvan məsələsinə razı olacağımızı demədik - Paşinyan

Ermənistanın bütün yolları Azərbaycana açıqdır - Paşinyan

Rəsmi Bakıdan Volker Türkə cavab

Avropanın “məntiqi”: Putinsiz savaşı dayandırmaq olar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla