Yuxarı

Rusiya-ABŞ yaxınlaşması: Paşinyanın kursu iflasa uğrayacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov “Moskva-Bakı”ya müsahibəsində deyib.

“Rusiya ilə ABŞ arasındakı münasibətlərdə xeyli sayda problem var, onların böyük əksəriyyəti məhz ABŞ-ın postsovet məkanını, o cümlədən Cənubi Qafqazı tənzimləmək və bölgəyə təsir etmək istəyi ilə bağlıdır. Bu baş verməsə, o zaman Cənubi Qafqazda vəziyyət daha sakit olacaq. Moskva ilə Vaşinqton arasında münasibətlər yaxşılaşdıqca, Rusiya və Azərbaycanın müdafiə etdiyi fikrin – regionun suverenliyinin təntənəsini görəcəyik, yəni region ölkələri öz müqəddəratlarını təyin etsin, hansısa hərbi bloklara, məsələn, AB kimi regiona aidiyyəti olmayan dövlətlərarası assosiasiyalara çəkilməsin. Düşünürəm ki, zaman keçdikcə Ermənistanın daha çox qərbyönlü mövqeyindən uzaqlaşdığını görəcəyik. O zaman Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa daha tez razılıq verməsi şansı var”, - o bildirib.

Naumovun sözlərinə görə, Azərbaycan və Gürcüstan Rusiya ilə ABŞ arasında potensial normallaşmanı müsbət qəbul edir:

“Çünki bu, regionda sabitliyə töhfə verəcək. Artıq Gürcüstan baş nazirinin Zelenski ilə bağlı qalmaqallı vəziyyətdə Trampı necə dəstəklədiyini görmüşük. Bakı və Tiflis regionun Rusiya ilə Qərb arasında maraqların toqquşması meydanına çevrilməsini istəmir. Azərbaycan və Gürcüstan paralel idxalın azalması səbəbindən Rusiya-ABŞ böhranının həllində cüzi itkilərə məruz qala bilər, lakin ümumilikdə bu, onlar üçün ağrılı olmayacaq. Ermənistan paralel idxalın azaldılmasından xeyli itirəcək. Üstəlik, AB, NATO Ermənistanı öz içinə çəkmək cəhdlərindən əl çəkməyə məcbur olsa, Nikol Paşinyanın yeni Qərb himayədarları tapmaq kursu iflasa uğrayacaq. İrəvanın Azərbaycan, Türkiyə və Rusiya ilə barışmağı, kənar qüvvələrin bölgəyə sürüklənməsinə son qoymağı prioritet hesab etməsi Ermənistanın maraqlarından, erməni xalqının maraqlarından çıxış edərək, suverenlik əldə etmək, erməni xalqı və bütövlükdə ölkə üçün yaxşı olardı”.

Tarix
2025.03.04 / 14:03
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ombudsman Vardanyan və Arutyunyana baş çəkdi

Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı yeni hiyləsi

İlham Əliyev gələn ay Pakistana gedəcək

Şahbaz Şərifdən Azərbaycanla bağlı tapşırıq

İrəvan bəyan etdi: Hərbi toqquşma riski var...

Meksika üçün Azərbaycan böyük imkanlar ölkəsidir - Səfir

Rusiya şirkəti AZAL təyyarəsinə görə sığorta ödənişi etdi

Ermənistan hazırdır, Azərbaycan niyə rədd edir? - Paşinyan

Naxçıvan məsələsinə razı olacağımızı demədik - Paşinyan

Ermənistanın bütün yolları Azərbaycana açıqdır - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla