FHN əhaliyə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar əhaliyə müraciət edib.

Axar.az xəbər verir ki, müraciətdə bildirilib ki, son günlər havanın temperaturunun yüksəlməsi fonunda ölkə ərazisində açıq sahələrdə, o cümlədən dağlıq və dağətəyi zonalarda yanğın hadisələrinə tez-tez rast gəlinir.

“Yalnız Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər sayəsində həmin yanğınlar qısa müddətdə söndürülərək genişlənib böyük fəsadlar törətməsinin qarşısı alınır.

Həmin yanğınlarla əlaqədar Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində bu yanğınların əsasən bəzi vətəndaşların odla ehtiyatsız davranması nəticəsində yarandığı müəyyən edilib.

Qeyd olunanları, habelə havanın temperaturunun yüksəlməsinin yanğınların genişlənmə riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən odla ehtiyatlı davranmağa və yanğın baş verməsinə səbəb ola biləcək hallara yol verməməyə çağırır”, - müraciətdə qeyd olunub.

Tarix
2025.03.15 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

AB missiyasının sərhədimizdə yeni görüntüləri - Video

Erməni ordusu mövqelərimizi bir neçə dəfə atəşə tutdu

Müharibədə Araik məni Talışa göndərdi, gördüm ki… – Levon

Gəncəni vurmaq əmrini o verib - Mnatsakanyan

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir - Video

Sülh mətni razılaşdırıldı: bəs, niyə Ordumuz atəşə tutulur? – Video

Leyla Əliyeva Psixologiya Mərkəzində - Foto

Minsk Qrupu və digər strukturlar ləğv edilməlidir - Nazir

Bakıda müsəlman ölkələrin səfirləri üçün iftar tədbiri oldu

Əli Əsədov Türkiyə səfiri ilə görüşdü

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla